UEFA Millətlər Liqasının D liqasının 2-ci qrupunda mübarizə aparan Azərbaycan millisi IV tur çərçivəsində “Palms Sports Arena”da Litva millisini qəbul edib. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Qustavo Korreya olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərib. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirib.VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro olub. Matç 1:0 millimizin xeyrinə başa çatıb. Bu millimizin bu mərhələdə ill qələbəsi olub. Beləliklə millimiz 5 xalla D Liqasının 2-ci qrupunda qrup lideridir.
Qollar: 25. Abdullah Xaybullayev(1:0) //
Qırmızı vərəqələr://
