Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Erzincanda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Avtomobillərdən biri idarəetməni itirərək velosiped sürən uşağı vurub. Uşaq yaralı şəkildə xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
