-60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşıb. Nəzər.Media xəbər verir ki, görüşdə qələbə qazanan təmsilçimiz dünya çempionu tituluna sahib olub.
-60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.
Cüdoçumuz dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.
