Rusiya Ukraynanın hərbi yük daşıdığı bildirilən gəmini hədəfə alıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Qara dənizin şimal-qərbində baş verib.
Rusiya Müdafiə Nazirliyi gəminin pilotsuz uçuş aparatı ilə vurulduğunu açıqlayıb. Gəminin Ukrayna ordusu üçün hərbi yük daşıdığı bildirilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
//Nəzər.Media
