Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Sumqayıt”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“Sumqayıt”-“Şamaxı-1:1
xxxxx
Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atdı-“Sumqayıt”-“Şamaxı”-1:1
xxxx
Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açdı-“Sumqayıt”-“Şamaxı”-0:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun açılış matçında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edir. “Kimyaçılar” doğma publika önündə növbəti üç xalını qazanmağa çalışır. Keçən tur məğlubiyyət acısı dadan “şirlər” bu oyunda ən azında məğlub olmamaq haqqında düşünür. Hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşmada artıq görüşdə ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Şamaxı”-0:0
Günün ikinci qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Turan Tovuz”u qəbul edəcək. Mövsüm başlayandan qələbəyə həsrət “ağ-qaralar” bu oyunda qələbə qazanmaq istəyəcək. Keçən tur məğlubiyyətə düçar olan Kurban Berdiyevin yetirmələri də matçda qələbə haqqında düşüncək.
Turun digər görüşləri şənbə və bazar günü keçiriləcək.Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək.”Mavi qartallar doğma publika önündə ikinci qələbələrini qazanmağa çalışacaq. İki turdur məğlub olan Nizami yurdunun təmsilçiləri bu oyunda ən azı mövsümdə ilk xallarını qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda movsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.
