• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq

06 Oktyabr, 26 / 11:00
A A
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq

2 oktyabr tarixində şəhər-kurort Sea Breeze və CineMastercard kinoteatrlar şəbəkəsi Venetian Harbour kompleksində Sea Breeze ərazisində ilk çoxzallı CineMastercard kinoteatrının açılması ilə bağlı müqavilə imzalayıb. Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq. Sazişi Sea Breeze şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və CineMastercard kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.

Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən Venetian Harbour ticarət və ictimai kompleksinin sahilyanı davamı olan Marina Venetian Harbour-un bir hissəsi olacaq. Layihə beynəlxalq brendlərin butikləri, restoranlar və istirahət məkanlarının yerləşəcəyi dənizkənarı mini-şəhər konsepsiyası əsasında hazırlanıb. Kompleksdə küçələr, xiyabanlar, meydanlar, daxili həyətlər və terraslardan ibarət iki səviyyəli piyada infrastrukturu nəzərdə tutulub.

Ümumi icarəyə verilə bilən sahəsi 24 430 kv. metr olan Venetian Harbour memar Sergey Çobanın layihəsi əsasında inşa edilir. Kompleksin əsas memarlıq elementlərindən biri mayak qülləsi olacaq. Qüllənin ətrafında restoranların və yaşıllıq zonalarının yerləşəcəyi açıq meydanlar salınacaq.

CineMastercard Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.

Previous Post

Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında

Next Post

DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.