BMT-nin baş katibi Antonio Quterreş Qəzzada atəşkəsin daimi olmasının vacibliyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Quterreş bölgəyə genişmiqyaslı humanitar yardımın çatdırılmasına çağırıb.
O, tərəfləri öhdəliklərini yerinə yetirməyə çağırıb. Quterreş atəşkəsin növbəti mərhələsinə keçilməsini istəyib. O, beynəlxalq hüquqa əməl edilməsinin vacibliyini vurğulayıb.
//Nəzər.Media
