İspaniya hökuməti mənzil böhranına qarşı 21 təcili tədbir qəbul edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, baş nazir Pedro Sançes ilk dəfə ev alacaq şəxslərə faizsiz kredit verilməsini açıqlayıb.
Bunun üçün 10 milyard avroluq maliyyə fondu yaradılacaq. İlk evini alanlara 50 min avroyadək faizsiz kredit veriləcək. Tədbirlər ölkədə artan mənzil böhranına cavab olaraq hazırlanıb.
//Nəzər.Media
