ABŞ Federal Ehtiyat Sisteminin son iclasının protokolu açıqlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, protokolda faiz artımının mümkünlüyünə dair yeni siqnallar yer alıb.
Qurum rəsmilərinin bir qismi faiz artımını mümkün variant sayıb. Onlar inflyasiyanın hələ də yüksək olduğunu vurğulayıblar. Qərarın iqtisadi göstəricilərdən asılı olacağı bildirilib.
//Nəzər.Media
