Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, partlayış səsləri Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında da eşidilib.
Hava limanında təxliyə tədbirləri görülüb. Bəzi uçuşların dayandırıldığı bildirilib. Husilər hava limanına ballistik raketlə zərbə endirdiklərini açıqlayıblar.
//Nəzər.Media
