Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Neftçi”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən oyunda “Turan Tovuz” 0:1 qalib gəldi
xxxx
Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1
xxxxx
“Neftçi”-“Turan Tovuz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 0:1 hesabda irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Turan Tovuz”u qəbul edir. Mövsüm başlayandan qələbəyə həsrət “ağ-qaralar” bu oyunda qələbə qazanmaq istəyir. Keçən tur məğlubiyyətə düçar olan Kurban Berdiyevin yetirmələri də matçda qələbə haqqında düşünür. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açdı-“Neftçi”-“Turan Tovuz”-0:1
Turun digər görüşləri şənbə və bazar günü keçiriləcək.Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək.”Mavi qartallar doğma publika önündə ikinci qələbələrini qazanmağa çalışacaq. İki turdur məğlub olan Nizami yurdunun təmsilçiləri bu oyunda ən azı mövsümdə ilk xallarını qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda movsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.
Bu gün bir qarşılaşma baş tutub. Bu görüşdən əvvəl gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1
