Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “İmişli” “Yevlax şəhər stadionu”nda “Qarabağ”ı qəbul edib. “Pələnglər”lə “köhlən atlar”ın görüşünü Elvin Bayramov idarə edib. Görüş 0:2 “Qarabağ”ın xeyrinə başa çatıb.
“İmişli”-“Qarabağ”-0:2
Qollar: //59. Aleksey Kaşuk(0:1), 88. Jali Muaddib(0:2)
Qırmızı vərəqələr: //
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edəcək. Bakı təmsilçisi ilə “boz qurd”un görüşünü Əli Əliyev idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna Cümə günü start verilib. PFL Cümə gününə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “sarı-göylər”in görüşünü Rəşad Əhmədov idarə edib. Görüş 0:2 “Kəpəz”in xeyrinə başa çatıb.
“Araz-Naxçıvan”-“Kəpəz”-0:2
Qollar: //31.Benito(0:1), 86. Rəhman Hacıyev(0:2)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edir. “Ağ-qaralar”la “bayquşlar”ın görüşünü Rauf Cabarov idarə edir.
“Neftçi”-“Sabah”-0:0
Qollar: //
Qırmızı vərəqələr: //
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Mavi qartallar”la “Şirlər”in görüşünü Fərid Hacıyev idarə edib. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Zirə”-“Şamaxı”-1:1
“Zirə”-“Şamaxı”-1:1
Qollar: 68. Ange Mutsinzi(1:1) //53. Abdullahi Şuaybu(0:1)
Qırmızı vərəqələr: //
Günün ikinci qarşılaşmasında gənclər şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Qəbələ”ni qəbul edib. “Kimyaçılar”la “qırmızı-qaralar”ın görüşünü Kamranbəy Rəhimov idarə edib. Matç 4:1 “Sumqayıt”ın xeyrinə başa çatıb.
“Sumqayıt”-“Qəbələ”-4:1
Qollar: 6. Mamadi Banqre(1:0), 9. İsa Suliman(2:0), 29. Ronaldo Vaskez(3:1), 67. Lukas Blek(4:1) // 25. Şahin Şahniyarov(2:1)
Qırmızı vərəqlər: //
