Pakistanın Xeybər-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan olunub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qərarla əyalət hökumətinin fəaliyyəti dayandırılıb.
Əyalətin idarəçiliyi federal hökuməti təmsil edən qubernatora verilib. Təhlükəsizliyin təmin olunması üçün bölgəyə ordu qüvvələrinin göndərilməsinə də icazə verilib. Qərar bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqələndirilir.
//Nəzər.Media
