Hörmüz boğazının cənubunda hərəkət edən neft tankerinin dəniz minasına düşdüyü açıqlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri məlumat yayıb.
Partlayışdan sonra tankerdə yanğın başladığı bildirilib. Gəminin hansı ölkəyə məxsus olduğu və heyətin vəziyyəti açıqlanmayıb. İran tərəfi naviqasiya sistemlərini söndürərək hərəkət edən gəmiləri düşmən hesab edəcəyini bəyan edib.
//Nəzər.Media
