ABŞ Prezidenti Donald Tramp aralıq seçkiləri öncəsi demokratları və müsəlman namizədi hədəfə alıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp Tennessi ştatındakı mitinqdə İslam əleyhinə ifadələr işlədib.
Tramp Miçiqan ştatından senatorluğa namizəd Abdul əl-Seyidin adını da məsxərəyə qoyub. O, İranla bağlı açıqlamalarında da dini ifadələrdən istifadə edib. Trampın çıxışı qarşıdan gələn seçkilər ərəfəsində siyasi müzakirələri gücləndirib.
//Nəzər.Media
