İran ABŞ-ın Hörmüz boğazının açılması ilə bağlı irəli sürülən şərtlərin bir qismini qəbul etdiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Rzayi ABŞ-ın cavabını yetərsiz hesab etdiklərini vurğulayıb. İran Hörmüz boğazının açılması üçün Vaşinqtona yeddi şərt təqdim edib. Tehran bütün şərtlər yerinə yetirilmədən boğazın açılmayacağını və danışıqların başlamayacağını bəyan edib.
//Nəzər.Media
