NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkevich alyansın yeni müdafiə strategiyasını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, NATO hücuma məruz qalacağı təqdirdə döyüşməyə hazırdır.
Qrinkevich bu barədə Varşava Təhlükəsizlik Forumunda danışıb. O bildirib ki, alyansın məqsədi müharibə deyil, sülhü qorumaqdır. Yeni strategiya hücumun qarşısını almağı və təcavüzkar qüvvələri zərərsizləşdirməyi nəzərdə tutur.
//Nəzər.Media
