Cənubi Koreya ordusu hərbi tapşırıqlarda insanabənzər və çoxayaqlı robotlardan istifadə edəcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, robotlar süni intellekt vasitəsilə xüsusi hazırlıq keçəcək.
Onlar təhlükəli ərazilərə təchizat daşıyacaq və partlayıcıları zərərsizləşdirəcək. Robotlar minaların təmizlənməsində də iştirak edəcək. Bu addımla əsgərlərin təhlükəli tapşırıqlara cəlb olunmasının azaldılması hədəflənir.
//Nəzər.Media
