Bu gün futbol üzrə Azərbaycan 2-ci Liqasında VII tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Azərbaycan 2 Liqasına 10 oktyabrda start verilib. Açış günüdə bir qarşılaşma baş tutub.
Günün açılış oyununda “Ağstafa Gəncləri” “Ağstafa şəhər stadionu”da “Qaradağ Lökbatan”ı qəbul edib. Hakim Nahid Xasiyev idarə etdiyi qarşılaşmada “Qaradağ Lökbatan” 1:2 qalib gəlib.
“Qaradağ Lökbatan”-“Ağstafa Gəncləri”-1:2
Qollar: 1. Elçin Qasımov(1:0)// 61. İsa Zeynallı(p)(1:1), 79. Tural Axverdiyev(1:2)
Qırmızı vərəqələr: 60. Hüseyn Alıyev(2sarı) //
12 Oktyabrda iki qarşılaşma baş tutub.
I qarşılaşmada “Difai” “Palms Sports FM (IV m.)”da “Şəki”ni qəbul edib. Hakim Ləman Əmirlinin idarə etdiyi qarşılaşmada “Difai” 4:1 qalib gəlib.
“Difai”-“Şəki”-4:1
Qollar: 17.Ayxan Salamzadə(1:0), 19. Məmməd Məmmədov(2:0), 45+3.Ayxan Salamzadə(3:1), 89. Elgün Sadıqlı 4:1 // 41. Tural Məmmədzadə(p)(2:1)
Qırmızı vərəqələr: //
II qarşılaşmada “Zəgəzur” “Binə qəsəbə stadionu”da “Şirvan”ı qəbul edib. Hakim Samir Musayevin idarə etdiyi qarşılaşmada “Zəngəzur” 1:0 qalib gəlib.
“Zəngəzur”-“Şirvan”-1:0
Qollar: 40. Ruslan Voronsov(1:0) //
Qırmızı vərəqələr: //
Bu gün üç qarşılaşma baş tutub.
I qarşılaşmada “Şəmkir” “Şirvan OİK stadionu”da “Hypers”i qəbul edib.Hakim Elçin Abdullayevin idarə etdiyi qarşılaşmada tərəflər hərəyə iki dəfə fərqlənərək bir xala qane oldular.
“Şəmki”-“Hypers”-2:2
Qollar: 17. Coşqun Əsədzadə(1:1), 90. Tunar Mütəlimov(2:2) //10. Elariz Xəlill(0:1), 61. Ceyhun Rəcəbli(1:2)
Qırmızı vərəqələr: //74. Saleh Süleymanov(2 sarı)
II qarşılaşmada “Dinamo” “Binə qəsəbə stadionu”da “Kür-Araz”ı qəbul edib. Hakim Hacıağa Həsənovun idarə etdiyi qarşılaşmada “Dinamo” 9:1 hesabı ilə qazanıb.
“Dinamo”-“Kür-Araz”-9:1
Qollar: 4.Valeh Seyidov(1:0),30 Yadigar Qarayev (2:0), 45+2. Zöhrab Bayramov(3:1), 47. Nuran Muradlı(4:1), 52. Valeh Seyidov(p)(5:1), 56. Yadigar Qarayev(6:1), 72. Amil Nurəhmədov(7:1), 81. Zöhrab Bayramov(8:1),89. Amil Nurəhmədov(9:1) // 33.Hüseyn Abdullayev(p)(2:1)
Qırmızı vərəqələr: //
III görüşdə “Marafon” “Marafon Arena”da “Ağdaş”ı qəbul edib. Hakim Mehdi Yusifovun idarə etdiyi qarşılaşmada “Marafon”ın 5:0 qələbəsi ilə başa çatıb.
“Marafon”-“Ağdaş”-5:0
Qollar: 29.İlham Allahverdiyev(1:0), 33. İlham Allahverdiyev(2:0), 50. Əşrəf Ələkbərli(3:0), 63. Əşrəf Ələkbərli(4:0), 85.İlham Allahverdiyev(5:0) //
Qırmızı vərəqələr: //
