Nepalda güclü daşqın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Qorxa bölgəsində baş verib.
Daşqın 100-dən çox alpinistin dağda köməksiz vəziyyətdə qalmasına səbəb olub. Güclü yağışlar nəticəsində yollar və körpülər dağılıb. Alpinistlər Manaslu yürüş marşrutunun müxtəlif hissələrində köməksiz qalıblar. Xilasetmə işləri davam edir.
//Nəzər.Media
