Avropa İttifaqı hibrid hücumlara qarşı hazırlığı gücləndirir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Alman Marşal Fondunun eksperti Etyen Sula Türkiyənin müdafiə baxımından mühüm mövqedə olduğunu bildirib.
Ekspert bu mövqeyi Türkiyənin coğrafi yerləşməsi və NATO üzvlüyü ilə əlaqələndirib. O, kiberhücumların, təxribatların və dezinformasiyanın daha geniş münaqişəyə yol aça biləcəyini vurğulayıb. Avropa İttifaqı bu təhlükələrə qarşı birgə tədbirləri müzakirə edir.
//Nəzər.Media
