27 – 30 avqust tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Arina Kalugina Türkiyənin Ankara şəhərində keçirilən ISU Yeniyetmələr arasında Gran-pri yarışında iştirak edib.
Qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 35 idmançı arasında 157.65 xal toplayaraq yekun nəticədə 9-cu yerə sahib olub.
