BMT Baş Assambleyasında keçirilən səsvermə nəticəsində 2027–2029-cu illər üçün İnsan Hüquqları Şurasına 15 yeni ölkə seçilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, yeni üzvlər arasında Almaniya, Yaponiya və Ukrayna da var.
Digər üzvlər Braziliya, Burundi, Dominikan Respublikası, Qana, İrlandiya, İordaniya, Küveyt, Nepal, Nigeriya, Moldova, Uruqvay və Zambiyadır.
Yeni üzvlərin üçillik səlahiyyət müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.
İsveçrənin Cenevrə şəhərində yerləşən şuranın ümumilikdə 47 üzvü var.
//Nəzər.Media
