Ukrayna Rusiyanın Saratov bölgəsində yerləşən böyük məlumat mərkəzinə PUA ilə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, mərkəz Rusiyanın ən böyük bankı Sberə məxsusdur.
Hücum Balakovo şəhərindəki mərkəzə qarşı həyata keçirilib. Sber rəhbərliyi hücumu təsdiqləyib, lakin bütün sistem və xidmətlərin normal işlədiyini bildirib.
Son günlər Rusiyada Yandex şirkətinə məxsus üç məlumat mərkəzi də hücuma məruz qalıb.
//Nəzər.Media
