Belçikanın paytaxtı Brüsseldə məktəbdə dəm qazından zəhərlənmə baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 17-si uşaq olmaqla 18 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə Sen-Jil bölgəsindəki məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənməyə qazanxanadakı nasazlıq səbəb olub.
Hadisədən sonra məktəb binası boşaldılıb. Təhsil müəssisəsinin fəaliyyətini bərpa etməsi gözlənilir.
//Nəzər.Media
