Almaniyadan Hindistana uçan sərnişin təyyarəsi qaçırılma siqnalı verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra təyyarə Caypur şəhərinə yönləndirilib.
“Air India” şirkətinə məxsus təyyarə Frankfurt şəhərindən Yeni Dehliyə uçurdu. Pilotun bomba təhlükəsi ilə bağlı siqnal verdiyi bildirilir. Təyyarə Caypur hava limanına təhlükəsiz enib və sərnişinlərin hamısının təhlükəsiz olduğu açıqlanıb.
//Nəzər.Media
