ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni hücum ehtimalını müzakirə ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” nəşri məlumat yayıb.
Müzakirələr hər iki ölkədə keçiriləcək seçkilər ərəfəsində aparılıb. Netanyahu İranın nüvə proqramı ilə bağlı narahatlığını bildirib. Lakin yeni hücumun baş tutacağı hələ dəqiq deyil.
//Nəzər.Media
