17-23 oktyabr tarixlərində Monteneqronun Budva şəhərində şahmat üzrə ən mötəbər komanda yarışlarından biri – klublar arasında Avropa Kuboku keçiriləcək.
Kişi və qadın klubları arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq və qitənin ən güclü klublarını bir araya gətirəcək.
Azərbaycan mötəbər yarışda iki klubla təmsil olunacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev “Vüqar Həşimov” klubunda çıxış edəcək. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə ölkəmizin aparıcı şahmatçılarında formalaşan “Odlar Yurdu” klubu mübarizə aparacaq. “Odlar Yurdu”nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdu.
Komandalarımıza Avropanın ən güclü klublarına qarşı mübarizədə uğurlar arzulayırıq!
