Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda movsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək. Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşma üçün artıq komandaların heyətləri bizə məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
4. Rahil Məmmədov
26. Ömər Buludov
6. Patrik Andrade
29. Vanderson Melo (C)
23. Nuno Rodriqes
10. Felipe Santos
11. Ba-Muaka Simakala
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
76. Süleyman Həsənov
2. Qara Qarayev
34. Urfan Abbasov
8. Coşqun Diniyev
14. Ülvi İsgəndərov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
17. İssuf Paro
7. Hamidu Keyta
77. Bruno Franko
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
3. Eduardo Kunde
6. Xayme Syerra
14. Domi Massumo
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
27. Eşqin Əhmədov
21. Ziya Şəkərxanov
16. İsaak Amoah
70. Paulo Quimbila
30. Prins Ovusu
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.
