Avropa İttifaqı liderləri birliyin gələcəkdə yeni üzvlər qəbul etməsi üçün islahatların vacibliyini vurğulayıblar. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, liderlər genişlənmədən əvvəl birliyin daxili qaydalarının yenilənməsini zəruri sayırlar.
İslahatların qərarların qəbulu və idarəetmə sistemini əhatə etməsi gözlənilir. Bu dəyişikliklər gələcək üzvlərin birliyə qoşulmasını asanlaşdıra bilər.
//Nəzər.Media
