• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

30 Avqust, 25 / 22:29
A A
"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyunda “Araz-Naxçıvan” 2:1 qalib gəldi

xxxx
“Araz-Naxçıvan”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Araz-Naxçıvan” 2:1 hesabda irəlidədir.
xxxx
Oyunun 33-cü dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1
xxx
Oyunun 30-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Araz-Naxçıvan”-“Qəbələ”-1:1
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edir. Muxtar Respublika təmsilçisi bu oyunda movsümdə ikinci qələbəsini qazanmağa çalışır. “Qəbələ” isə bu matçda ən azı məğlub olmamaq haqqında düşür. Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 9-cu dəqiqəsində “Qəbələ” Adriel Ba Louanın qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Qəbələ”-0:1

 

Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Zirə” Qismət Alıyevin qolu ilə hesabı açıb-“Zirə”-“Kəpəz”-1:0. Oyunun 32-ci dəqiqəsində İssa Cibrilla “Zirə”nin ikinci topuna imza atıb-“Zirə”-“Kəpəz”-2:0.Oyunun 41-ci dəqiqəsində Martins Junior “Zirə”nin üçüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-3:0. İlk hissə “Zirə”nin 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 77-ci dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin dördüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-4:0.Oyunun 83-cü dəqiqəsində David Volkov “Zirə”nin beşinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-5:0. Bu oyunda vurulan son qol oldu və “Zirə” “Kəpəz”i 5:0 məğlub edib.

 

Previous Post

Bakıda bəzi yollar məhdudlaşdırılacaq

Next Post

Günün qoroskopu: Fırtınalardan sonra sükunət daha qiymətli olur...

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.