Belçikada keçirilən etiraz aksiyaları zamanı 45 nəfər saxlanılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ilə bağlı polis müdaxilə edib.
Saxlanılan şəxslərin hansı səbəblə məsuliyyətə cəlb olunduğu barədə ətraflı məlumat verilməyib. Hadisələrin baş verdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi qurumların əlavə açıqlama verməsi gözlənilir.
//Nəzər.Media
