• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE

19 Oktyabr, 26 / 14:11
A A
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, digər sərəncamla Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Nəzər.Media milli.az-a istinadən Teymur Yusif oğlu Musayevin dosyesini təqdim edir:

T.Musayev 16 sentyabr 1970-ci ildə Bakıda doğulub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı şəhərindəki 189 saylı orta məktəbdə oxuyub.

1987-93-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb.

Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.

Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib. Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.

Daha sonra Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci il aprelin 23-də Azərbaycan Respublikası səhiyyə nazirinin 1-ci müavini təyin edilib.

Previous Post

Yunanıstanda təyyarə qəzası: 2 ölü

Next Post

Tramp Netanyahuya seçkilərdə tam dəstəyini açıqladı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.