İtaliyada dini mərasim zamanı keşişin başına xaç düşməsi nəticəsində o, həyatını itirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, faciə canlı yayım zamanı baş verib.
Hadisə mərasim iştirakçıları arasında böyük sarsıntı yaradıb. Xaçın necə düşdüyü barədə ətraflı məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılıb-aparılmadığı da hələ məlum deyil.
//Nəzər.Media
