3×3 basketbol üzrə qadın millimiz Dünya Qadın Seriyasında 2025 mövsümünün final mərhələsində iştirak edəcək. Həlledici mərhələ 13–14 sentyabr Çinin Şanxay şəhərində baş tutacaq. Final mərhələsində mövsümün reytinq xallarına əsasən ən yaxşı nəticə göstərmiş yeddi komandası ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.
