ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Tramp Zelenskinin müharibəni bitirmək istəmədiyini bildirib.
Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında irəliləyiş olduğunu iddia edib. O, Rusiyadakı yanacaq emalı müəssisələrinə hücumları da tənqid edib. ABŞ Prezidenti müharibənin dayandırılmasını istədiyini vurğulayıb.
//Nəzər.Media
