Şimali Koreya lideri Kim Çen Inın öldüyü barədə yayılan iddialardan sonra yeni görüntüləri üzə çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, dövlət mediası onun sərgini ziyarət etdiyi fotoları yayımlayıb.
Kim Çen Inın geyim və ayaqqabı sərgisində olduğu bildirilir. Onun səhhəti ilə bağlı iddialar hələ təsdiqlənməyib. Rəsmi qurumlar ölüm xəbərləri ilə bağlı ayrıca açıqlama verməyib.
//Nəzər.Media
