Hörmüz boğazında iki gəminin minaya düşdüyü bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, hadisədən sonra gəmilərdə yanğın baş verib.
Gəmilərin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib. Hadisə bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb. Rəsmi açıqlamalarda hadisənin təfərrüatlarının dəqiqləşdirilməsi gözlənilir.
//Nəzər.Media
