“Google” sistemlərində yaranan nasazlıq Avropada bank xidmətlərinə təsir göstərib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, problem bəzi bank əməliyyatlarının dayanmasına səbəb olub.
Nasazlıq nəticəsində müştərilər bank xidmətlərindən istifadə etməkdə çətinlik çəkiblər. Problemin hansı ölkələrə və qurumlara təsir etdiyi dəqiqləşdirilir. Xidmətlərin bərpası ilə bağlı əlavə məlumat gözlənilir.
//Nəzər.Media
