NATO Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün bölgəyə əlavə qüvvələr göndərməyi planlaşdırır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, qərar bölgədə artan hərbi fəallıqla bağlıdır.
Alyansın bölgədəki mövcudluğunu artıracağı bildirilir. Əlavə qüvvələrin tərkibi və göndəriləcəyi vaxt barədə məlumat verilməyib. NATO Qara dənizdə təhlükəsizliyin qorunmasını əsas məqsəd sayır.
//Nəzər.Media
