ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edəcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, o, üçtərəfli sammit təklifini Rusiya tərəfinə çatdıracaq.
Təklif Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin görüşünü nəzərdə tutur. Bu təşəbbüs Norveçdə keçirilən danışıqlardan sonra irəli sürülüb. Görüşün baş tutub-tutmayacağı hələ məlum deyil.
//Nəzər.Media
