• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

21 Oktyabr, 26 / 15:53
A A
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

Özbəkistan Qaşqadərya vilayətində Azərbaycanla birgə qızıl hasilatı layihəsi həyata keçirir.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu barədə oktyabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sənaye, kənd təsərrüfatı və sosial sahələrdə həyata keçirilən layihələrlə tanış olmaq məqsədilə regiona səfəri zamanı açıqlama verilib.

Qızıl hasilatı layihəsinin Kitab rayonunda həyata keçirilməsi planlaşdırılır.

Şəhrisəbz rayonunda isə Rusiya investorları 300 milyon dollar dəyərində turizm kompleksi inşa etməyi planlaşdırırlar. Kompleksə kanat yolu, hotel və xizək kurortu daxil olacaq.

Səfər çərçivəsində Mirziyoyev qeyd edib ki, son beş il ərzində Qaşqadərya vilayətinə 20 trilyon som (təxminən 1,6 milyard dollar) investisiya yönəldilib, cəlb edilmiş xarici investisiyaların həcmi isə 7 milyard dollara çatıb. Onun sözlərinə görə, regionda xammalın dərin emalı üzrə minlərlə layihə həyata keçirilib, adambaşına düşən gəlirlər isə üç dəfə artıb.

“İndi yetişdirilən məhsulların bilavasitə vilayətin özündə dərindən emal edilməsi və region sakinlərinin layiqli gəlir əldə etmələri üçün şərait yaradılması zəruridir”, – deyə Mirziyoyev bildirib.

Prezident xarici tərəfdaşlara və investorlara regionun inkişafına sərmayə yatırdıqları, yeni texnologiyalar və innovasiyalar tətbiq etdikləri üçün təşəkkür edib. O, həmçinin vilayətin gələcək inkişafı ilə bağlı onların təkliflərini dinləyib.

“2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişaf ili olacaq”, – deyə Mirziyoyev bildirib.

Daha sonra Prezident simvolik düyməni basaraq əlavə obyektlərin tikintisinə start verib.

//milli.az

Previous Post

Avropada bəzi mülklərin yerləşməsi NATO-nu narahat edib

Next Post

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.