Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, görüş Rusiyada keçirilib.
Tərəflər Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər. Görüşün əsas məqsədi müharibənin dayandırılması ilə bağlı mümkün razılaşmaları dəyərləndirməkdir. Danışıqların nəticələri barədə ətraflı məlumat gözlənilir.
//Nəzər.Media
