Bu gün futbol üzrə Azərbaycan I Liqasındada VI tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
1-ci Liqaya dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
I oyunda “Şahdağ Samur” “Binə qəsəbə stadionu”da “Səbail”i qəbul edib. Hakim Kamran Əliyevin idarə etdiyi qarşılaşma 1:0 “Sahdağ Samur”un xeyrinə bitib.
“Şahdağ Samur”-“Səbail”-1:0
Qollar: 50. Aqil Nəsibov(1:0) //
Qırmızı vərəqələr: //69. Pərviz Azadov(2-ci sarı)
II oyunda Xankəndi “Şamaxı” “Şamaxı OİK stadionu”da “Mingəçevir”i qəbul edib. Hakim Murad Səlimovun idarə etdiyi qarşılaşma 0:1 “Mingəçevir”in xeyrinə bitib
“Xankəndi”-“Mingəçevir”-0:1
Qollar: // 63. Xəlil Bəşirov(0:1)
Qırmızı vərəqələr: //
Bu gün üç qarşılaşma baş tutub.
I görüşdə “Gəncəbasar” “Gəncə şəhər stadionu”da “Zaqatala”nı qəbul edib. Hakim Maqsud Şamıyevin idarə etdiyi qarşılaşma 7:0 “Gəncəbasar”ın xeyrinə bitib.
“Gəncəbasar”-“Zaqatala”-7:0
Qollar: 17.Süleyman Əhmədov(1:0), 38.Paulo Quimbila(2:0),45. Dileyn Açim(p)(3:0),53.Dileyn Açim(4:0), 67. Rüfət Tahirov(5:0), 83. Dileyn Açim(6:0), 84. Derek Osey(7:0) //
Qırmızı vərəqələr: //
II görüşdə MOİK “Binə qəsəbə stadionu” “Karvan-Yevlax”ı qəbul edib. Hakim Ceyhun Hüseynovun idarə etdiyi qarşılaşma 3:1 MOİK-in xeyrinə bitib.
MOİK-“Karvan-Yevlax”-3:1
Qollar: 62. Emin Zamanov(p)(1:1), 74. Elşad Tağıyev(2:1), 82. Emin Zamanov(p)(3:1) //3.Eze Sillas(0:1)
Qırmızı vərəqələr: //
III qarşılaşmada “Şimal” “Şamaxı OİK stadionu”da “Baku Sportinq”i qəbul edib. Hakim Nazim Abdullayevin idarə etdiyi qarşılaşma 5:2 “Şimal”ın xeyrinə bitib bitib.
“Şimal”-“Baku Sportinq”-5:2
Qollar: 27.Elşad Əliyev(p)(1:0), 40. Elşad Əliyev(2:0), 70.Mustafa Niambele(3:1),78. Niyazi Osmanov(4:1), 90+4. Cavid Quliyev(5:2) // 50.Sadiq Hüseynli(2:1), 84. Əli Babayi(4:2)
Qırmızı vərəqələr: //
