Britaniya şahzadəsi Harri kral ailəsi ilə münasibətlərini düzəltmək istəyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Harri ailəsi ilə yaşadığı mübahisələrə son qoymağa hazırdır.
Harri ailəsi ilə mübahisələri davam etdirməyin mənasız olduğunu bildirib. O, xüsusilə atası Kral III Çarlzla münasibətlərini düzəltmək istəyir. Lakin ailə daxilindəki problemlərin həll olunub-olunmayacağı hələ bəlli deyil.
//Nəzər.Media
