ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Donald Trampla bağlı diqqətçəkən iddia irəli sürüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Klinton Rusiya Prezidenti Vladimir Putinin Trampa aid foto və videolara malik olduğunu düşünür.
Klinton bu fikirlərini podkast çıxışında səsləndirib. O, həmin görüntülərin Tramp üzərində təzyiq vasitəsi ola biləcəyini iddia edib. Lakin Klinton bu iddialarını təsdiqləyən konkret sübut təqdim etməyib.
//Nəzər.Media
