
Sosial şəbəkələrdə milyonlarla insanın izlədiyi “mukbang” videoları sağlamlıq üçün təhlükə yarada bilər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, mütəxəssislər bu videolarda həddindən artıq yemək istehlakının zərərləri barədə xəbərdarlıq ediblər.
Bu cür qidalanma piylənmə, şəkərli diabet və ürək xəstəlikləri riskini artıra bilər. Yeməkdən sonra özünü qusdurmaq və ya uzun müddət ac qalmaq da ciddi fəsadlara yol aça bilər. Mütəxəssislər xüsusilə gəncləri bu videolardakı davranışları təkrarlamamağa çağırıblar.
//Nəzər.Media
