
İran ABŞ-nin mümkün hücumlarına sərt cavab verəcəyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Tehran Vaşinqtona gözlənilməz nəticələr doğura biləcək cavab zərbələri endirməklə hədələyib.
İran tərəfi belə bir addımın bölgədə müharibəni genişləndirə biləcəyini bildirib. ABŞ-nin mümkün hücumlarına qarşı hansı addımların atılacağı açıqlanmayıb. Tərəflər arasında gərginlik davam edir.
//Nəzər.Media
