
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, səfər zamanı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüş keçirilib.
Tərəflər müdafiə və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər. Yunanıstana məxsus “Patriot” hava hücumundan müdafiə sisteminin Səudiyyə Ərəbistanında qalması barədə razılıq əldə olunub. Görüşdə regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
//Nəzər.Media
