İdmandan sonra ürək döyüntüsünün necə dəyişdiyini izləmək vacibdir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, ürək döyüntüsünün uzun müddət yüksək qalması bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Fiziki fəaliyyətdən sonra nəbz tədricən əvvəlki səviyyəsinə qayıtmalıdır. Nəbzlə yanaşı, başgicəllənmə və sinə ağrısı kimi əlamətlərə də diqqət yetirilməlidir. Belə hallar təkrarlanarsa, həkimə müraciət etmək tövsiyə olunur.
//Nəzər.Media
